Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Siyasət / Zərdüşt Əlizadə: “Üçüncü müharibə olmayacaq, Ermənistan darmadağın edilib”

Zərdüşt Əlizadə: “Üçüncü müharibə olmayacaq, Ermənistan darmadağın edilib”

Ermənistanda 44 günlük müharibədə məğlubiyyətin doğurduğu dərin siyasi böhran davam edir. Hazırkı baş nazir Nikol Paşinyanın əleyhdarları hər gün Yerevanın küçələrinə çıxırlar. Ermənistanda revanşist qüvvələr də hakimiyyətə gəlməyə can atırlar. Bəzi ekspertlər onların iddiasının gerçəkləşəcəyi təqdirdə üçüncü Qarabağ müharibəsinin olacağını proqnozlaşdırırlar.

Bu proqnozları jurnalistlərə şərh edən tanınmış politoloq Zərdüşt Əlizadə deyib ki, Ermənistan darmadağın edilib və müharibə edə bilməz.

“Ermənistanın təkrar müharibə aparmağa nə imkanı, nə də iradəsi çatar. Azərbaycanda keçirilməsi nəzərdə tutulan təlimlərə gəlincə, ordu islahatı barədə açıq deyilib. Azərbaycan Ordusu vaxti ilə sovet ordusu qəlibində qurulmuşdu. İndi isə biz Türkiyə Ordusunun qəlibinə keçmişik. Onun üçün də təlimlərin keçirilməsi lazımdır”.

Zərdüşt Əlizadə davam edən təşkilati kadr təyinatlarına da münasibət bildirib: “Bu da lazımdır və burada qeyri-adi bir şey yoxdur”.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən etibarən Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimlər keçiriləcək.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimlərə 10 000-dək hərbi qulluqçu, 100-ə yaxın tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket-artilleriya qurğusu, yaylım atəşi reaktiv sistemləri və minaatanlar, 30-dək hərbi aviasiya, həmçinin müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Həmçinin oxuyun

“Rövşən Bağırov rayona icra başçısı təyin ediləndən sonra Lerikin sosial problemləri azalmayıb”

Lerik rayonunun Bürsülüm kənd inzibati vahidliyinə 8 kənd daxildir. Bunlar Ancəqov, Bobla, Bürsülüm, Ləkər, Nosovyədi, …