Çərşənbə , Noyabr 30 2022
Ana səhifə / Siyasət / Zərdüşt Əlizadə qardaşının ölümündən DANIŞDI: “Mən də indi eşitdim“

Zərdüşt Əlizadə qardaşının ölümündən DANIŞDI: “Mən də indi eşitdim“

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. 

Bu barədə onun yaxınları məlumat paylaşıb. Qeyd olunub ki, A.Əlizadə ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişib.

Məsələ ilə bağlı Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxladıq. Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bununla bağlı xəbəri indi eşidib:

“Mən də indi eşitdim. Uzunmüddət idi ki, onunla əlaqəm yox idi. Allah ölənlərinizə rəhmət etsin”.

 Zərdüşt Əlizadə qardaşının dəfnində iştirak edib-etməyəcəyi ilə ilə bağlı açıqlama vermək istəmədi. 

Qeyd edək ki, hər iki siyasətçi illər idi ki, küsülü idilər.

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …