Ana səhifə / Siyasət / Zərdüşt Əlizadə: “Qarabağda gedən proseslərin gedişindən nikbinəm…”

Zərdüşt Əlizadə: “Qarabağda gedən proseslərin gedişindən nikbinəm…”

“Həmin sənəd üzərində Baş nazir müavinləri səviyyəsində üç tərəfli qurum işləyir. Prezidentlər də prosesə nəzarət edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada 11 yanvarda qəbul etdikləri bəyanatda işçi heyət və ekspertlərə martın 1-ə qədər hazırlanması nəzərdə tutulan sənədin hələ hazır olmamasından danışarkən deyib. Zərdüşt Əlizadə Qarabağdakı proseslərin gedişindən nikbin olduğunu qeyd edib:

“Görünür, proseslər noyabrın 10-da fikirləşdikləri qədər deyil, bir az başqa cürdür. Burada hansısa faciəvi nəsə görmürəm. Nəzərdə tutmuşdular ki, martın 1-ə kimi sənəd hazır olacaq. İndi martın 9-dur, sənəd hazır deyil. İnanıram ki, yaxın vaxtda sənəd həll olacaq. Əsas odur ki, torpaq bizdədir, yol çəkilir, aeroport tikilir, yavaş-yavaş dövlət qurumları Qarabağ ərazisinə daxil olur. Beynəlxaq aləmdə Qarabağın Azərbaycan torpağı olmasına insanlar öyrəşirlər. Bunlar müsbət hadisələrdir. Burada dəhşət, fəlakət yoxdur, əsas odur ki, Azərbaycanın torpağı qayıdıb. Addım-addım hər şey yoluna düşəcək. Qaçqın və köçkünlər olmayacaq, onlar qarabağlı olacaqlar. Biz onlara, onlar da bizə qonaq gələcək”.
Zərdüşt Əlizadə onu da əlavə edib ki, kimsə nəzərdə tutulan sənədin hazır olmamasından narahat olmasın. 

Həmçinin oxuyun

Təbriz Musayev: “Kreml zaman-zaman miqrant amilindən siyasi təzyiq aləti kimi istifadə edib”

Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşların 15 iyuna qədər …