Ana səhifə / Siyasət / “Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə

“Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə

Avqustun 8-i Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.

Azinforum.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.

Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülmüşdür. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.

Hadisənin araşdırılması davam edir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın