Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Siyasət / “Zəngəzur dəhlizi açılsa muxtariyyətə ehtiyac qalmayacaq”

“Zəngəzur dəhlizi açılsa muxtariyyətə ehtiyac qalmayacaq”

“Naxçıvanda baş verənlər sırf siyasi məsələdir. Doğrudur, Vasif Talıbovun istefası və digər addımlar rüşvət və korrupsiya ilə əlaqələndirilir. Lakin hesab edirəm ki, burada əsas məsələ Vasif Talıbovun siyasi fiqur kimi özünü müstəqil aparması, mərkəzi hakimiyyətə faktiki olaraq tabe olmaması, dövlət siyasətinin ziddinə fəaliyyət göstərməsidir”.

Bunu ADP sədri Sərdar Cəlaloğlu “Azpost.info” saytına müsahibəsində Naçıvanda baş verən dəyişiklikləri şərh edərkən deyib.

Partiya sədri “dövlət siyasətinin ziddinə fəaliyyət” deyəndə Vasif Talıbovun hansı addımlarını nəzərdə tutursunuz” sualına belə cavab verib: “Məsələn, Azərbaycanın İranla münasibətləri gərgindir. Amma Vasif Talıbov onlarla əməkdaşlıq edirdi. Yaxud Azərbaycanın, eyni zamanda Türkiyənin maraqlarına zidd olaraq Rusiya ilə yaxınlıq edirdi. Ortada hələ beynəlxalq terror təşkilatları ilə əlaqələr də var. Bütün bunlar, əlbəttə ki, mərkəzi hakimiyyətin siyasətinə zidd idi. Ona görə də, nəhayət, onu vəzifədən uzaqlaşdırdılar”.

S.Cəlaloğlu hesab edir ki, Naxçıvanın muxtariyyəti də ləğv oluna bilər: “Əgər Zəngəzur dəhlizi açılsa, o zaman Azərbaycanla Naxçıvan arasında quru yol açılır. Oradan Bakıya 5 saatlıq yoldur. Bu halda Naxçıvanın statusuna ehtiyac yoxdur. Əgər quru əlaqəmiz varsa, əlavə vəsait xərcləyib ikinci bir dövlət aparatı saxlamaq yersizdir”.

O, Naxçıvanda dəyişiklikdən sonrakı vəziyyət barədə də danışıb: “İnsanlar bir az ümidlənib. Amma mən optimist deyiləm. Söhbət ondan gedir ki, Naxçıvanla bağlı dövlətçilik baxımından mühüm addımlar atılıb. Naxçıvan artıq Azərbaycana inteqrasiya etməyə başlayıb. Amma problem təkcə bu deyildi axı. Orada uzun illər insanların hüquqları pozulub, əmlakları əllərindən alınıb, rəsmi gücdən əhaliyə qarşı istifadə olunub. Bütün bunlarla bağlı da tədbir görülməlidir”.

Həmçinin oxuyun

AMEA prezidenti İranı yıxdı-sürüdü: “Əvvəlcə qadınları…”

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə …