Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Siyasət / ““Zəngəzur bizimdir” kimi boş danışıqları dayandırmaq lazımdır”

““Zəngəzur bizimdir” kimi boş danışıqları dayandırmaq lazımdır”

“Ermənilərə başqa hansı güc yolu tətbiq etməkdən söhbət gedir, izah edə bilərsiniz. İndi Azərbaycanda modda olan Zəngəzur bizimdir, ümumiyyətlə bütün Ermənistan bizimdir kimi boş danışıqları dayandırmaq lazımdır”.

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev sosial şəbəkədə yazıb. Onun paylaşımlarına “ermənilərlə dil tapmağın ən düzgün yolu güc və təziq yoludur” yazan izləyiciyə cavabında R. Quliyev deyib.

“Mənim atam və anam Zəngəzurun Sisiyan kəndindən olublar. Quldur Andronik onları qaçmağa məcbur edibdir. Bu təqribən 100 il bundan öncə baş verib.

Ancaq 1918-ci ilin mayında Ermənistan dövləti yaranıb və bu ölkəni Azərbaycan qəbul edib. 

1991-ci ildə Sovet dağılandan sonra yaranmış müstəqil ölkələrin ərazisini dünya qəbul edib. Ona görə də Azərbaycanı heç bir ölkə aqressor saymır və saya da bilməz. 

Ancaq həmin siz dediyiniz Zəngəzura hucum etsə, aqressor sayılacaq. Prosseslər ermənilərin xeyrinə həll olunacaq. Ona görə də “siyasət daima Ermənistana təzyiq göstətmək siyasəti olmalıdır” demək siyasət deyil, siyasi demoqogiyadır”.

Həmçinin oxuyun

“Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə” – Erməni əsilli siyasətçidən etiraz

ABŞ Konqresinin aşağı palatasının – Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Ceki Speyer Birləşmiş Ştatların …