Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / Zəminə Dünyamalıyeva Əli İnsanovun rəhbərlik etdiyi partiyadan istefa verdi

Zəminə Dünyamalıyeva Əli İnsanovun rəhbərlik etdiyi partiyadan istefa verdi

Sabiq deputat Zəminə Dünyamalıyeva Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini vəzifəsindən istefa verib.

Buna səbəb partiyadaxili narazılıqdır.

Bildirilir ki, Z.Dünyamalıyeva partiya sədrinin digər müavini sabiq səfir İsfəndiyar Vahabzadə ilə çəkişmədə olub. Bu, xanım sədr müavininin istefası ilə nəticələnib.

İddialarla bağlı Z.Dünyamalıyeva ilə əlaqə saxlasaq da, zənglərə cavab verməyib.

Qeyd: HƏP-in sədri sabiq səhiyyə naziri Əli İnsanovdur.

Həmçinin oxuyun

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi” – Seyid İbrahim Rəisi

“Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının …