Çərşənbə , Noyabr 30 2022
Ana səhifə / Siyasət / YYP: “Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsində qələbəmizin pik nöqtəsi oldu”

YYP: “Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsində qələbəmizin pik nöqtəsi oldu”

Yeni Yol Partiyasının Bəyanatı

Xalqımız tariximizin ən şərəfli günlərindən birini – Zəfər Gününün növbəti ildönümünü böyük qürurla qeyd edir. O Zəfər Günü ki, dünya var olduqca əbədiyyətə qədər hər il xalqımız tərəfindən qeyd ediləcək.

İki il əvvəl müzəffər Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad olunması üçün zəfər yürüşünə başladı. Bütün xalq bir yumruq olaraq Ali Baş Komandan ətrafında birləşdi. 30 il möhkəmləndirilən, çox güclü mühəndis istehkam qurğularına, əlverişli mövqelərdə qurulmuş düşmənin müdafiə xətti əsgərlərimizin canı-qanı bahasına yarıldı. Hansı ki, Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində düşmən ordusunu darmadağın etdi. Çoxsaylı şəhər və qəsəbələrimiz, kəndlər, o cümlədən, strateji yüksəkliklər işğaldan azad edildi. Əldə olunmum hərbi qələbə Ermənistanı məcbur etdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz boşaltsın. O cümlədən, 10 noyabra qədər Zəngilan və Qubadlı rayonlarının müəyyən əraziləri düşmən nəzarətində qalmışdı. Ordumuzun 44 günlük müharibədə əldə etdiyi qələbə Ermənistanı məcbur etdi ki, dekabrın ortalarında həmin əraziləri tərk etsin.

8 noyabr Zəfər Günü xalqımızın qürur günüdür. Şanlı tariximiz, bu tarixi yazanlar öz şücaəti, qətiyyəti və cəsarəti, canı, qanı ilə dünya siyasətində yeni səhifə açdılar. 8 noyabrda Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsində qələbəmizin pik nöqtəsi oldu. Bu, qələbə milli qürurumuzun, milli kimliyimizin qayıdış günüdü . Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdi. 44 günlük “Dəmir yumruq” əməliyatı ilə şanlı ordumuz, qeyrətli xalqımız, çevik diplomatiyamız  azərbaycançılıq idelogiyasının siyasi möhürünü təsdiqlədi. Bu möhür dunya siyasətində öz layiqli yerini tutdu. Uzun illər erməni işğaldında əziyyət çəkən xalqımız şanlı ordumuzun, dövlətimizin yanında duraraq həmrəylik nümayiş etdirdi. Beynəlxalq hüququ bərpa etdi. Haqq, ədalət uğrunda döyşərək, qan tökərək bu möhtəşəm qələbəni qazandıq.

Çox təəssüflər olsun ki, “Dəmir yumruğ”un zərbəsindən tək düşmən nəsibini almadı. “Dəmir yumruq” zərbəsi həmdə onu aşkara çıxartdı ki, bu  parazitizim epidemiyasının  yaılmasında maraqlı olan qüvvələr var. İlk olaraq bu zərbəni özündə hiss edən Fransa prezidenti Emmanuel Makron oldu. Bəlli oldu ki, Cənab Makron da bu siyasi epidemiyanın daşıyıcısıdı. Baxmayaraq təmsil olunduğu beynəlxalq qurumların siyasi öhdəliyi idi ki, bu ədalətsizliyi siz aradan qaldırasız, bu xəstəliyin reseptini hazırlıyasız.  O resepti bizim qüdrətli ordumuz və müdrik diplomatiyamız ərsəyə gətirdi.

Müşahidələr göstərir ki, son zamanlar İranın teokratik dövlət rəhbərliyi bu xəstəliyə yoluxub. Makronu anladıq. O mənada ki, Fransa xristian təəssübkeşliyindən çıxış edir, ölkədə güclü erməni lobbisi var. Fransa Ermənistanı özünə “kiçik bacı” hesab edir. Ancaq islam həmrəyliyindən, şiyyə qardaşlığından uzun illərdir dəm vuran İran hakimiyyətinin sərgilədiyi siyasəti anlayışla qəbul edə bilmərik. Bu, əsla mümkün deyil. Ən azından ona görə ki, bu, nə qonşuluq münasibətləri, nə də xalqımızı bir-birinə bağlıyan qədim adə-ənənələrə  yaraşmır. İranın bu siyasəti islama xəyanətdir. Özünüzu reanimasiyaya salmadan müalicə edin, parazitizm epidemiyasının fəsadlarını tez aradan qaldırın, bu ensefalit xəstəliyindən qurtulun!

Yeni Yol Partiyası olaraq dəyərli xalqımızın bu təxribatlardan da üzü ağ çıxacağını, həmrəyliyimizi, müdrüklüyümüzü daha da möhkəmləndiriləcəyinə əmin olduğumuzu bildiririk. Ali Baş Komandanın Azərbaycan dövlət maraqlarının, milli maraqlarımızın, suverinliyimizin möhkəmlənməsi uğrunda atdığı və atacağı bütun addımları müdafiə edir və edəcəyik. Sonda bu Zəfər Gününü bizə yaşadan şəhidlərimizn ruhları qarşısında baş əyir, qazilərimizə şəfa diləyir, qüdrətli Azərbaycana şərəflə xidmət edən hər kəsə təşəkkurumuzu bildiririk.

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …