Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Siyasət / YYP Mərkəzi İcra Aparatının iclası keçirilib

YYP Mərkəzi İcra Aparatının iclası keçirilib

Dünən Yeni Yol partiyasının Mərkəzi İcra Aparatının növbəti iclası keçirilib.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Daha sonra qazilərin intihar etmə səbəbləri, onların psixoloji durumlarının gərgin olduğu vaxtda dövlət, qurumları tərəfindən daha da gərginləşdirilməsi, lazımi diqqət və qayğının olmaması iclasda əsas müzakirə mövzusu olub. İcra aparatı tələb edir ki, qazilərimizlə bağlı yaranmış xoşagəlməz durumun qarşısının alınması üçün müvafiq qurumlar bu məsələyə ciddi yanaşsınlar. Ümimilikdə, şəhid ailələri və qazilərimizə dövlətin verdiyi sərəncamlarından irəli gələn tələblərin gecikdirilmədən yerinə yetirilməsi tələb olunur.

İclasda danışılan ikinci məsələ isə sosial problemlərin geniş vüsət alması, nəyə əsasən işsiz ailələrin sosial yardımdan ümümiyyətlə təcrid olunması mövzusu olub. Təklif olunub ki, bunun qarşısı vaxtında alınsın. Ölkədə siyasi rəhbərlik sosial siyasətin təkmilləşdirilməsi istiqamətində yeni islahatlar aparsın. Son olaraq toplantıda Tarif Şurasının hazırki fəaliyyəti müzakirə olunub. Şuraının atacağı addımlar xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlik olmalı halda, yaranmış şura əhalinin həyat şəraitinin daha da aşağı düşməsinə hesablanmış qərarlar verdiyi üçün buna qəti şəkildə etiraz edilib, YYP Tarif Şurasının buraxılması və ictimai xadimlərində təmsil olunduğu yeni tarif şurasının formalaşdırılmasını tələb edir.

Azinforum.az

Həmçinin oxuyun

“Bu torpaqları görməyən cavanlarımız uğrunda ölümə gedirdilər” – İlham Əliyev

Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə …