Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / YYP Gənclər Təşkilatı idarə heyətinin iclası keçirilib- FOTOLAR

YYP Gənclər Təşkilatı idarə heyətinin iclası keçirilib- FOTOLAR

Dünən Yeni Yol Partiyasının Gənclər Təşkilatı idarə heyətinin iclası keçirilib. İclasda YYP sədri Ramil Hüseynov da iştirak edib. İclası giriş sözü ilə açan partiya sədri dünya siyasətində yeni gəlişmələr, yeni siyasi açılımların ölkəmizə təsirindən, ölkəmizə qarşı təzyiq və təhdid cəhdlərinin baş verməsi səbəbləri ilə bağlı fikirlərini gənclərlə bölüşüb.

Ramil Hüseynov gənclərin siyasətdə xüsusi rolunun və mövqeyinin olduğunu bildirdi. Gəncliyimizin inkşafı üçün, sağlam, firəvan yaşaması üçün müəyyən proqram və lahiyələrin həyata keçirilməsinə ehtiyac olduğunu bildirib. Təhsil sistemində yaranan boşluqların aradan qaldırılması, gənclərin elmi biliklərə yiyələnməsi, strateji məsələdir. Bu istiqamətdə dövlətin ciddi milli strategiyası olmalıdır. Partiya sədri həmçinin, qeyd edib ki, bütun ali təhsil ocaqlarında YYP-nin gənclər təşkilatı yaradılmalı və sıralarımız sürətlə genişlənməlidir. Bizim ilk növbədə marağımız dövlətimizin və millətimizin mənafeyini təmin etməkdir, digər maraqlar isə sonra gəlir. Son olaraq öz növbəsində idarə heyətinin üzvü Xalid Həşimov çıxış edib, üzərində işlədiyi layihələr haqqında təşkilat nümayəndələrini məlumatlandırıb.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …