Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Siyasət / YYP-də növbəti təyinatlar – FOTO

YYP-də növbəti təyinatlar – FOTO

Bu ilin martlnda təsis qurultayı keçirilən Yeni Yol Partiyasında növbəti təyinatlar olub. Belə ki, Hüseynov Mais partiyanın Təşkilati məsələlər üzrə sədr müavini, Yəhyayev Təyyar partiyanın Seçki Məsələləri üzrə sədr müavini təyin olunub.

Qeyd edək ki, Hüseynov Mais Arzuman oğlu 1988 -ci ildə mart ayının 27-də Litva Respublikasının Radviliş şəhərində anadan olmuşdur. Ali təhsillidir. Xəzər Universitetinin Memarlıq, Mühəndislik və Tətbiqi Elmlər fakültəsini bitirib. İş karyerasına “Nihad Holdinq” şirkətindən başlamışdır. Daha sonra 2005-2012 illərdə bir neçə mətbu orqanlarda fəaliyyət göstərmişdir. Ailəlidir, 3 övladı var. Hüseynov Mais Arzuman oğlu Yeni Yol partiyasının Təşkilati məsələlər üzrə sədr müavini təyin olunub.

Yəhyayev Təyyar Kazım oğlu Lerik rayonu Axunahiran kəndində 1976 -cı may ayının 30 -da anadan olub. Ali təhsillidir, Azərbaycan Tibb universitetini bitirib. 4 il Qarabağda mənfur düşmənlərimizə qarşı vuruşub. 78 saylı seçki dairəsində deputatlığa namizəd olub, ailəlidir 4 övladı var. Yəhyayev Təyyar Kazım oğlu Yeni Yol partiyasının Seçki Məsələləri üzrə sədr müavini təyin olunub.

Azinforum.az

Həmçinin oxuyun

“Bu insanın sivil dünya ilə heç bir əlaqəsi yoxdur”

“Prezident Baydenlə Putinin heç bir əhəmiyyət kəsb etməyən görüşü başa çatdı”. Bunu Azərbaycan parlamentinin eks …