Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / “Yüzlərlə tərbiyəsiz yetişdirə biliblər” – Rəsul Quliyevdən müxalifətə sərt sözlər

“Yüzlərlə tərbiyəsiz yetişdirə biliblər” – Rəsul Quliyevdən müxalifətə sərt sözlər

Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev müxalifəti sərt tənqid edib.
Uzun illərdir ABŞ-da yaşayan R. Quliyev dekabrın 21-də “Azad söz” yutub kanalına müsahibə verdiyini, lakin həmin müsahibəyə çox sayda təhqirlə dolu şərhlərin yazılmasından narahatlığını bildirib:

“Müsahibənin altından heç bir tərbiyə görməmiş, əxlaqdan xəbərləri olmayan insanabənzərlər təhqirlərlə dolu söyüşlər yağdırıblar. 

Bunları təşkil edənlərin başında hansı tərbiyəsiz və səbatsız adamların durduğunu bilirəm. Bu baş qulaqla rejimi dəyişmək, hakimiyyətə gəlmək arzusuna düşənlərin yeri Azərbaycanın ictimai siyasi həyatında yox psixiatr xəstəxanalarındadır”. 

R. Quliyev yutub kanalının rəhbəri Tural Sadıqlını da tənqid edib: “”Məndə Azərbaycan xalqının gələcəyi üçün ürəkdən yanan “Tural Sadıqlı ziyalıdır” təsəvvürü bu təhqirləri oxuyandan sonra təəssüf hissi yaratdı. Tural müəllim YuoTube qaydaları ilə tanış olubsa, bilməlidir istənilən adamı tənqid etmək, fikirlərini bildirməkdə azadsan, ancaq insan şəxsiyyətini təhqir etmək olmaz əsas şərtlərdən biridir. 

O səviyyəli nadan insanların onun səhifəsində təhqirlərlə məşğul olmasına imkan vermək olmaz və onların yazdıqları təhqirlər səhifədən uzaqlaşdırılmalıdır. Bu yazıların bəziləri ilə tanış olandan sonra bir daha bu özlərini müxalifət adlandıranların ölkənin demokratik inkişafına vurduqları ziyanın maştabının çox böyükdür qənaətinə gəlirsən. 

Bu illər ərzində xalqı ümidsizləşdirən bu insanlar paralel 100-lərlə tərbiyəsiz nadanlar yetişdirə biliblər”.

Həmçinin oxuyun

“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm…”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı

“Peşəkar bir hərbçi olaraq və o yerləri, ən azı, Qubadlını, Cəbrayılı və Laçını qarış-qarış tanıyan …