Ana səhifə / Siyasət / Yusif Mirzəyev DTX-nın rayon rəisi təyin edildi

Yusif Mirzəyev DTX-nın rayon rəisi təyin edildi

Bakı şəhərinin bütün rayonlarında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) idarələri formalaşdırılıb.
“Report”un xəbərinə görə, DTX-nın 12 rayonunun hər birində idarələri yaradılıb, idarələrdə müvafiq qaydada kadr təyinatları olub.
Təyin edilmiş şəxslərdən bəzilərinin adları da açıqlanıb. Belə ki, Nizami rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Yusif Mirzəyev təyin edilib, müavini isə Şahin Həsənov olub.
Xətai rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə Vahid Tağıyev təyin edilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın