Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Yuri Boçarov: İsrail yəhudi dünyasında Azərbaycanın bələdçisi olmağa hazırdır

Yuri Boçarov: İsrail yəhudi dünyasında Azərbaycanın bələdçisi olmağa hazırdır

İsrail ərəb ölkələri ilə dostluq etsə də, Tel-Əviv məhz Azərbaycanı strateji tərəfdaş sayır.

Oxu.az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında İsrailin tanınmış politoloqu Yuri Boçarov deyib.

Onun sözlərinə görə, İsrail dəfələrlə Azərbaycanın yəhudi dünyasında və yəhudi diasporunda bələdçisi olmağa hazır olduğunu bəyan edib.

“İsrail Azərbaycana öz maraqlarını təbliğ etməkdə yardım göstərməyə hazırdır. Dünya ölkələrinin “ikili standartları” fonunda, biznesin geo-siyasəti müəyyən etdiyi bir dövrdə bizim dövlətlər bir-birinə dəstək olmağa hazırdır”,- deyə ekspert bildirib.

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …