Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yolçu Həsənov: “Biz şirkət rəhbərlərini yox, yumurtaları yoxlayırıq”

Yolçu Həsənov: “Biz şirkət rəhbərlərini yox, yumurtaları yoxlayırıq”

“Azərbaycana istehlak yumurtası idxal olunmur. Biz yalnız damazlıq yumurtanı xaricdən alırıq. Onu da ciddi yoxladıqdan sonra təsərrüfatların istifadəsinə razılıq veririk”.

Ovqat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov bildirib.

Əməkdaşımızın suallarını cavablandıran Yolçu Həsənov Avropanın yuxusunu qaçıran “zəhərli yumurta” böhranının Azərbaycana təsir etməyəcəyi görüşündədir:

“Əvvəla, ona görə ki, biz bu böhranın yayıldığı ölkələrdən damazlıq yumurta almırıq. Xəstəlik Qərbi Avropa ölkələrində təsbit olunub. Azərbaycana isə damazlıq yumurtalar, əsasən, Türkiyə, Şimali Kipr, Ukrayna və Bolqarıstandan idxal olunur. İndiyə qədər isə bu ölkələrdə belə bir problem gündəmə gəlməyib.

İkincisi, bizim idxal olunan bütün ərzaq məhsullarını, o cümlədən damazlıq yumurtanı yoxlamaq üçün müasir avadanlıqlara sahib laboratoriyalarımız var və gömrüklərdə idxal mallarından nümunələr alıb hərtərəfli yoxlayırıq.

Üçüncüsü isə, zəhərli damazlıq yumurtadan əmələ gələn toyuqların bu mərəzi daşıması mümkün deyil. Əgər yumurta zəhərlidirsə, cücələr toyuğa çevrilmədən ölərlər”.

Yolçu müəllimdən Azərbaycana Türkiyədən idxal olunan damazlıq yumurtaların bir erməni şərkəti tərəfindən istehsal olunması və bunun ərzaq təhlükəsizliyi strategiyasında yaratdığı risklər barədə mətbuatda yazılanlara münasibətini soruşduq. Həmsöhbətimizin cavabı xeyli lakonik oldu: “Bizə təqdim olunan sənədlərdə müəssisə sahibinin erməni olduğu göstərilməyib və biz müəssisə rəhbərlərinin özlərini yox, onların istehsal etdikləri məhsulları yoxlayırıq”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın