Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Siyasət / Yol üstündə olan icra başçıları… – ADLAR

Yol üstündə olan icra başçıları… – ADLAR

Yaxın günlərdə bir neçə rayonun icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq.

Bu barədə DİA.AZ-a məlumatlı mənbədən məlumat verilib.

Mənbə deyir ki, yola salınacaq icra başçıları ilə bağlı Prezident Adminstrasiyasına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayət məktubları da daxil olub.

İlkin məlumata görə, vəzifədən çıxarılan və yeni təyinat almayan icra başçıları aşağıdakılardır:

– Beyləqanın icra başçısı Asəf Ağayev
– Lerikin icra başçısı Rövşən Bağırov
– Tovuzun icra başçısı Məmməd Məmmədov
– Astaranın icra başçısı Qəzənfər Ağayev
– Samuxun icra başçısı Alı Qocayev
– Qəbələnin icra başçısı Səbuhi Abdullayev

Mənbə deyir ki, bu icra başçılarından bəzilərinin həbsi belə gözləniləndir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin…

Həmçinin oxuyun

TÜRKMƏNİSTAN RUSDİLLİLİK HALQASINDAN ÇIXIR – Prezident Berdıməhəmmədovu əsəbiləşdirən nə olub?

Viktoriya Panfilova “Nezavisimaya qazeta”, 17.09.2020 Türkmənistan Xarici İşlər Nazirliyi ölkədə rus dilində təhsilin məhdudlaşdırması ilə …