Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / Yevlaxdakı Tekniki Baxış Şöbəsində vətəndaşları necə soyurlar?

Yevlaxdakı Tekniki Baxış Şöbəsində vətəndaşları necə soyurlar?

“Yevlax Rayonlar arası Qeydiyyat İmtahan  və Texnixi Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi vəzifəsində işləyən polis kapitanı Yelmar Həsənov  62 manat dövlət rüsumu olan avtomobilin öz adımdan başqa şəxsin adına qeydiyata aldırması üçün məndən 200 manat rüşvət alıb”.

Bunu Moderator.az-a göndərdiyi şikayət məktubunda Ucar rayonu sakini, 20 Yanvar küçəsi, ev 20-də yaşayan Purqafari Azər Ələsgər oğlu yazır.

A.Purqafari deyir ki, polis kapitanının rüşvət almasını təsdiq edən video çəkliş də var: “Bunu şikayət ərizəmizi  araşdıracaq hüquq mühafizə orqanına təqdim edəcəyik”.

A. Purqafari hadisənin təfərrüatlarını belə nəql edir: “Mənə məxsus olan “Mersedes BENZ”  C 180 markalı 10 XD 872 dövlət nömrə nişanlı avtomobilimi  Ucar rayon sakini Xəlilov Hüseyn İslam oğluna satdım və onun adına qeydiyyata aldırmaq üçün  15 sentyabr 2015-ci il tarixdə Yevlax  Rayonlar arası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə  gəldik.Orada 6 nömrəli otaqda əyləşən dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənov bizə bildirdi ki, avtomobiliniz Bankda girovdadır. “Bunun xərci çoxdur” deyib bizdən  230 manat istədi .Pulumuzun azlığını  15 manat da yol pulu saxlamaq lazım olacağını dedikdən sonra  Yelmar Həsənova 200 manat  verdik. 200 manatı alıb bizə minnət də qoydu. Dedi ki,  200 manata həm avtomobili qeydiyatın dəyişdim, həm də texniki baxış etdim. Həmçinin avtomobilin 50 manat cəriməsi olduğunuda deyib onu kassaya ödətdirdi.Bütün bu prossesləri video lentə aldıq ki, bu rüşvətxor vəzifəli şəxsin barəsində qanunu tədbir görsünlər.Çünki Yelmar Həsənov orada 6 nömrəli kabnetdə oturub bu minvalla camaatın cibini soyur.  Hər gün küllü miqdarda pul qazanır.Yeddi rayonu əhatə edən Yevlax RQİ VƏ TBŞ-ə hər gün yüzlərlə insanlar gəlir və  beləcə əziyyət çəkirlər. Soyulurlar.Öyrənmişik ki, Yelmar Həsənovun 100.000 manatdan baha olan avtomobili, Yevlax rayonunda  şadlıq evləri, ticarət mərkəzləri fəaliyyət göstərir. Ancaq hesablanarsa onun özünün gün ərzində 6 nömrəli kabinetdə qazandığı pulların miqdarı həmin obyektlərin qacancından qat-qat çoxdur.Bunu onun kabinetinin qarşısındakı növbəyə duran  insanların sayı ilə hesablamaq kifayətdir. Biz bu korrupsiya cinayət faktı barədə Prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə , Daxili İşər Nazirliyinə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət edəcəyik.  Əlimizdə olan rüşvət alma  görüntüləri olan video faktı həmin orqanlara təqdim edəcəyik”.

Həmçinin oxuyun

Amerikalı konqresmendən Azərbaycanla bağlı bəyanat

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Steve Chabot) (Respublikaçı – Ohayo) Konqresin Azərbaycan üzrə …

Bir cavab yazın