Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Siyasət / “Yenidən qeydiyyatla bağlı Nazirlikdən mənfi cavab aldıq”

“Yenidən qeydiyyatla bağlı Nazirlikdən mənfi cavab aldıq”

“Gözlənildiyi kimi Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq”.
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında yazıb.
“Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb və s.
Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir”, – A. Hacılı bildirib.
O qeyd edib ki, partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəklər:
“Bu da yetərli olmasa daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl REAL Partiyasının sədri İlqar Məmmədov da Ədliyyə Nazirliyindən onlara oxşar cavabın göndərildiyini bildirmişdi.

Həmçinin oxuyun

“Əsas odur ki, Qarabağda qalan ermənilər çox pul qazansın və yaxşı yaşasınlar”

“Hər şey insanlardan asılıdır. Mən kiminləsə mehriban da danışa bilərəm, acılaya da bilərəm. İndi iki …