Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Yeni nazir müavini kimdir?

Yeni nazir müavini kimdir?

Azərbaycan prezidenti İlham Əliyev maliyyə nazirinə yeni müavin təyin edib. Ölkə başçısı bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən Emin Hüseynov maliyyə nazirinin müavini təyin olunub.

Emin Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001–2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.

E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin Strategiya və İnkişaf üzrə Prorektoru vəzifəsində çalışıb.

O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın