Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib.

Musavat.com xəbər verir ki, bu gün səhər baş redaktorun atası Arif Abbasov qəfildən vəfat edib.

Məlumata görə, onun səhhətində heç bir problem yox imiş. Gözlənilmədən halı pisləşib və dünyasını dəyişib.

“Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov hadisə ilə bağlı bunları deyib: “Sağlıq durumunda elə bir ciddi problem yox idi. Gəzib-dolanırdı. Gözlənilməz hadisə baş verdi. Deyəsən, beyninə qan sızıb”.

Ə.Süleymanov bildirib ki, mərhum bu gün yaşadığı kənddə dəfn olunacaq.

Azinforum.az adından hörmətli həmkarlarımız Rauf Arifoğlu və Azər Ayxan qardaşlarına üz vermiş kədərlə bağlı dərin hüzünlə başsağlığı veririk və mərhuma Allahdan  rəhmət diləyirik!

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın