Ana səhifə / Siyasət / Yeni küçələrə aprel şəhidlərinin adı verildi

Yeni küçələrə aprel şəhidlərinin adı verildi

Kürdəmir şəhərinin yeni salınan küçələrinə şəhid baş leytenant, “Azərbaycan Bayrağı” ordenli İsmayılov Əbu Bəkr Vüqar oğlunun və şəhid gizir, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunan Qurbanov Tural Gürşad oğlunun adları verilib.

“ Azinforum.az ” Azərtac-a istinadən xəbər verir ki, hər iki gənc aprelin əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Kürdəmir şəhərində küçələrdən birinə şəhid İsmayılov Əbu Bəkr Vüqar oğlunun, digərinə isə şəhid Qurbanov Tural Gürşad oğlunun adı verilib.

Küçələrə hər iki şəhidin adını bildirən lövhələr vurulub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın