Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Siyasət / “Yeni hökumətdə vəzifə tutmağımız…” – Elşad Musayev

“Yeni hökumətdə vəzifə tutmağımız…” – Elşad Musayev

Növbədənkənar prezident seçkilərinin nəticələri məlum olduqdan sonra yeni hökumətin necə və kimlərdən təşkil olunacağı ilə bağlı müzakirələr başlayıb. Seçkilərdə iştirak etmiş namizədlərin yeni hökumətdə hər hansısa vəzifə tutacağı ilə bağlı müxtəlif fikirlər səslənir. 

Bu barədə Yenisabah.az-a danışan Böyük Azərbaycan Partiyasınının seçkilərdəki namizədi Elşad Musayev bildirib ki, hər hansısa real təklif olmadığı üçün bununla bağlı nəsə demək doğru deyil: 

“Bildiyiniz kimi, növbədənkənar prezident seçkiləri başa çatdı və bu ölkəmiz üçün çox əhəmiyyətli bir hadisədir. Təbii ki, yeni seçilən prezident hökuməti yenidən formalaşdıracaq. Biz ümumiyyətlə ölkədə konstitusiya ilə bağlı fundamental islahatlar təklif edirdik. Yeni hakimiyyət dövründə hansı addımlar atılacaq, bunu zaman göstərəcək. Hazırda yeni hökumətdə vəzifə ilə bağlı hər hansısa real təklif olmadığı üçün nəzəri baxımdan cavab verməyi doğru hesab etmirəm”. 

Həmçinin oxuyun

Alen Simonyandan SÜLH açıqlaması 

“Türkiyə Böyük Millət Məclisi sədrinin Ermənistanın Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı olmadığını …