Cümə axşamı , İyun 4 2020
Ana səhifə / Siyasət / Yeni başçı Sumqayıtda mağazaları sökdürür

Yeni başçı Sumqayıtda mağazaları sökdürür

Sumqayıtın Sülh küçəsində yerləşən mağaza sahiblərinə obyektlərinin yaxın vaxtlarda söküləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə azvision.az-a obyekt sahibləri məlumat veriblər.

Obyekt sahiblərinin sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirərək mağazaların yaxın günlərdə söküləcəyini bildiriblər.

Söküntünün yeni icra başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib.

Obyektləri sökülən sahibkarlara kompensasiyanın verilib-verilməyəcəyi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, icra başçısı Zakir Fərəcəov YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri ilə görüşü zamanı şəhərin simasını tamamilə dəyişəcəyini və bu istiqamətdə işlərin başlanıldığını bildirimişdi.

Zakir Fərəcovun sözlərinə görə, Sumqayıt şəhərinin əsas girişindən “Göyərçin” abidəsinə kimi olan avtomobil yolu 5 metr sağ və sol istiqamətlərə doğru genişlənəcək. Həmin yola düşən obyektlər söküləcək və ərazidə park salınacaq.

Həmçinin oxuyun

Prezidentdən icra başçısına İRAD

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Rayon icra …

Bir cavab yazın