Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Yeltsinin keçmiş müşaviri: “Azərbaycan mənasız xərcləri azaltmalıdır”

Yeltsinin keçmiş müşaviri: “Azərbaycan mənasız xərcləri azaltmalıdır”

“İqtisadiyyatı neftdən asılı olan, necə deyərlər, “neft iynəsi”nə oturan ölkələr, o cümlədən Rusiya və Azərbaycan neftin qiymətinin düşdüyü indiki şəraitdə öz iqtisadi siyasətlərini yenidən nəzərdən keçirməli, mənasız xərcləri azaltmalıdır. Belə mənasız xərclər isə həmişə və hər yerdə olur”.

Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Yeltsin dövründə Rusiya Prezident Administrasiyasında çalışmış tanınmış rusiyalı iqtisadçı Mixail Xazin deyib.

Boris Yeltsinin keçmiş müşaviri bildirib ki, neft ölkələri indi istehsala fikir verməlidir: “Aydın məsələdir ki, Azərbaycan balaca ölkədir və öz bazarını təmin etmək üçün bir çox məhsulları özü istehsal edə bilmir. Bunun əvəzində Avrasiya İqtisad İttifaqının bazarı var. Bundan əlavə, Rusiya və Türkiyə arasında tranzit rolunu oynamaq olar. Hesb edirəm ki, Rusiya ilə Türkiyənin münasibətləri yaxın vaxtlarda normallaşacaq”.

M.Xazin hesab edir ki, Azərbaycan kimi ölkələr iqtisadi artıma nail olmaq üçün imkanlara malikdir: “Qazaxıstanın nümunəsi də göstərdi ki, yanında Rusiya bazarı kimi bazar varsa, iqtisadi inkişaf mümkündür. Azərbaycanın Rusiyadan başqa daha iki böyük bazarı var – Türkiyə və İran. Lakin onlar öz tələbatlarını özləri ödəyirlər. Ona görə də strateji fəaliyyət planları hazırlanmalıdır. Bu proqramların uğur qazanmaq şansları böyükdür”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın