Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Siyasət / “Yaxşı ki, adamı 5-10 kitab oxumuş yəhudi dinləyir, öz oxumamışlarımız dinləsəydi nə olurdu?”

“Yaxşı ki, adamı 5-10 kitab oxumuş yəhudi dinləyir, öz oxumamışlarımız dinləsəydi nə olurdu?”

Deputat Fazil Mustafa ölkə gündəmindəki məsələyə – ictimai-siyasi fəalların və jurnalistlərin telefonlarının dinlənilməsinə dair gəzən söhbətlər öz münasibətini bildirib.

İsraildən yeni texnologiya vasitəsi ilə xeyli tanış simaların dinlənildiyi iddia olunur. Hətta siyahı da dərc olunub. Bir az da təşviş yaranıb. Bir qisim də burada hökuməti suçlamağa başlayıb. Əslində bu özlüyündə çox pozitiv bir faktdır. Hər dəfə üzümüzü insanlara tutub bağırırıq ki, bir dinləyin görək nə deyirik, vecinə alan yox. İndi sizləri pulsuz-parasız dinləyirlər, bunun nəyi pisdir ki? Təki dinləyən olsun, o halda hər kəs sözünə çəki-düzən verəcək, davranışlarına diqqət yetirəcək, cəmiyyətə doğru yolları göstərməyə çalışacaq. Bu məmləkətdə hamı danışır, fəqət dinləyən yoxdur. İndi bu dinləyən də heç olmazsa kənardan tapıldı. Yaxşı ki, adamı beş-on kitab oxumuş yəhudi dinləyir, öz oxumamışlarımız dinləsəydi nə olurdu? Seyid Əzim Şirvani Azərbaycanın ən nəhəng ədəbi dühalarından və maarifpərvərlərindən biri olub. Onu dinləməyə hövsələsi çatmayan dinçi babalarımız vücudunu məscidin qapısına sıxışdırıb, çırpıb öldürmüşdülər. Böyük Sabiri də bir az dinləyəndən sonra bişirdiyi sabunu bazarda almırdılar ki, qoy evdə qız uşaqları acından ölsün. Bu adamların həyatda özləri xoşbəxt olmayıb e, heykəlləri xoşbəxtdir. Dinləmək, dinmək, dindirmək, dingildəmək- hamısının mənbəyində din oturub, yanlış din, antiməhəmməd dini, teatr dini, antiquran dini. Quranı dinləmək istəməyən adamı necə dinlər?

Nə deyim, yüzilliklər boyu olduğu kimi, müasir çağda da sözü qoyub lafı dinləyəcəksinizsə, yəhudi də, ingilis də, çinli də sizi dinləyəcəkdir. Və sevinəcəklər ki, hələ də söylədiklərinizdən heç nə başa düşülmür.

Həmçinin oxuyun

“Şəhid anasını intihar həddinə çatdıran Niyazi Bayramov istefa verməlidir”

“Gəncənin icra başçısı, şəhid anası niyə intihara cəhd etməlidir? O, istefa ərizəsini yazıb getməlidir, etimadı …