Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Yaşı 65-i ötən sürücülərlə bağlı YENİ XƏBƏR

Yaşı 65-i ötən sürücülərlə bağlı YENİ XƏBƏR

“Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən yeni dəyişikliklərə görə, sərnişindaşımada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanda sərnişin daşıyan avtobus sürücüləri üçün qoyulan tələblər dəyişdirilir, bu fəaliyyətlə məşğul olmaq üçün maksimum yaş məhdudiyyəti tətbiq edilir.

Hazırda avtobuslarla sərnişindaşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən , “D” kateqoriyası üzrə isə yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır. Qanun layihəsinə edilən yeni dəyişikliklərə görə isə avtobuslarla sərnişindaşımaları ilə “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər buraxılır. “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

Yeni dəyişikliklərdə məqsəd avtomobil nəqliyyatı ilə sərnişindaşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədi ilə hazırlanıb. Layihə Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) sərnişindaşıma xidmətinin rəisi Məhəmməd Abdullayev hafta.az-a bildirir ki, adıçəkilən avtovağzalda sərnişindaşıma xidməti müxtəlif yaş təbəqələrinə məxsus sürücülər tərəfindən həyata keçirilir. Onların arasında yaşlıları da var:

«Bizim kompleksdə yaşı 65-ə çatmış əməkdaşımız olmadığı üçün kimsənin pensiyaya göndərilməsi gözlənilmir. Yaşı çox olan sürücülərə gəlincə, onları rayonlararası və şəhərlərarası marşrutları özəlləşdirmiş sahibkarlar işə götürüblər. Biz sahibkarların daxili işlərinə müdaxilə edə bilmərik. Bu səbəbdən də BBAK-ın rəhbərliyi sürücülərdən yaşı 65-ə çatmış, yaxud 65-dən yuxarı olan hər hansı bir sürücünü işdən azad etməyəcək. Qeyd etdiyiniz qanun layihəsinə əlavə dəyişikliklərin tətbiqi məsələsinə gəlincə, bu proses bizim tərəfimizdən deyil, sahibkarlar tərəfindən reallaşdırılacaq».

Həmçinin oxuyun

Hansı ərazilər Ermənistanla dəyişdirilə bilər? – Açıqlama

“Anklav məsələsi ilə bağlı beynəlxalq praktika var. Bunun ən düzgün yolu ərazi mübadiləsidir. Bu alınmayanda …

Bir cavab yazın