Çərşənbə , May 22 2019
Ana səhifə / Siyasət / Yasamalda iş adamı ilə sakinlər arasında 8 milyonluq qalmaqal – FOTOLAR

Yasamalda iş adamı ilə sakinlər arasında 8 milyonluq qalmaqal – FOTOLAR

Bakıda yeni tikilən bina ətrafında daha bir qalmaqal yaranıb.

Belə ki, sakinlər Bakı şəhəri, “Yeni Yasamal” MTK-nin Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanındakı 16 mərtəbəli yaşayış binasın tikilməsini gözləyirlər, lakin bina hələ də onlara təhvil verilməyib.

Bu barədə sakinlərin şikayətində qeyd edilir: “Tikinti 2006-cı ildə başlayıb. MTK sədri Cahangir Alışov binanın gələcək sakinlərinə söz vermişdi ki, binanın tikinrisi iki ilə başa çatdıracaq və mənzillər vətəndaşlara təhvil verəcək. Binanın inşasına başlanmasından 9 ildən cox keçməsinə baxmayaraq tikinti hələ də başa çatdırılmayıb”.
Sakinlər həmçinin bildirir ki, mənzil almaq üçün 250 ailə tikinti şirkətinə təximnən 8 milyon manata yaxın pul ödəyib: “MTK sədri və digər vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində 5 milyon manat pul binanın inşasına xərclənib. Pulun yerdə qalan hissəsinə isə Cahangir Alışov Cəlilabad rayonunda Abazalı kəndindəki məscid tikintisinə, “Karvansaray” ticarət mərkəzindəki ticarət obyektlərinə, Quba rayonu istirahət sahələrində turistlərə arendaya verilmiş villalarına sərf etdiyi deyilir”.
Sakinlər bildirir ki, mənzillərin pulunu tam şəkildə ödəyiblər: “Heç kimin borcu qalmayıb, amma binada su, kanalizasiya, elektrik, lift işləri hələ də yarımçıq qalıb. İnsanlar evlərini satıb, qohum-əqrəbadan borc pul alıb, bankdan kredit götürüb tikinti şirkətinə ödəyib. Nəticədə aldanıldıqlarını başa düşüb pis vəziyyətdə qalıblar”.
Sakinlərin şikayətində o da qeyd olunub ki, sözügedən binanın 15 mənzili təkrar başqa şəxslərə satılıb:
“Dəfələrlə tikinti şirkətinin rəhbərliyinə müraciət edən sakinlərə, binanın tikintisinin hansı səbəbdən “Yeni Yasamal” MTK tərəfindən başa çatdırılmaması barədə heç bir əsaslı səbəb göstərilmir və məlumat verilmir. Artıq 51, 62 və 144-cü mənzillərin iki sahibi aşkarlanıb və şirkət rəhbərliyi mənzil sakinlərindən xahiş edib ki, səs-küy salmasınlar. Deyir ki, “prokurorluq məni tutar, bina yarımçıq qalar”. Ola bilsin ki, bu səbəbdən binanın tikintisinin 95 faizi tamamlansa da, Cahangir Alışov binanı təhvil vermək istəmir, vaxt qazanaraq əməllərini ört-basdır etmək istəyir. Binadakı bəzi mənzillər vətəndaşlar tərəfindən təmir olunub, bəzi mənzillərə qapılar qoyulub, bəzilərinə isə mənzil sahibləri tərəfindən qapı qoymağa icazə verilmir. Bu isə sakinlərdə daha böyük narahatçılıq yaradır”.
Sakinlər 5 ildir ki, müxtəlif dövlət qurumlarına şikayət etdiklərini deyirlər:
“Lakin heç bir nəticə yoxdur. Səbəb yəqin ki, Cahangir Alışovun havadarlarıdır və onu qanunsuz əməllərini müdafiə edən məmurlardır”.
Bina sakinləri Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyev Fonduna, Baş Prokurorluğa, Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Ombudsmana və başqa qurumlara müraciət etdiklərini bildirirlər:
“”Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovu məmurlar tərəfindən məlum olmayan səbəblərdən tam şəkildə müdafiə olunduğu üçün hazırda bu işlə heç kim məşğul olmur”.
Onların dediyinə görə Cahangir Alışov Xırdalan şəhərində yeni torpaq sahəsi alıb və çoxmərtəbəli binanın tikintisinə başlamaq istəyir:
“Bu, böyük ədalətsizlikdir, insanların hüquqlarını kobut surətdə pozulmasına gətirib çıxardır”.
Sakinlər dövlət qurumlarından bu problemin həll olunmasını istəyir:
“Mətbuat üzərindən Bakı şəhər İcra Hakimiyyətindən piket üçün icazə istəyirik. İnanırıq ki, müstəqil respublikamızın prezidenti, baş prokuror və DİN bu məsələyə laqeyid qalmayacaq”.
Məsələ ilə bağlı “Yeni Yasamal” MTK-nın hüquqşünası Habil Fətəliyev ilə əlaqə saxladıq. H.Fətəliyev Etatist.com-a açıqlamasında bildirdi ki, binanın tikintisinin gecikməsinin səbəbi yaranmış maliyyə problemidir: “Amma hal-hazırda binada iş gedir”.
H.Fətəliyev şirkətin bina sakinlərindən ümumilikdə 8 milyon dollar alması ilə bağlı suala isə sərt cavab verdi: “Mən tanıyıram onları. Uşaqlardı, düşüblər ortalığa ora-bura məktub yazırlar. Bir-iki axmaq adamdı. Onlar necə hesablaya bilərlər nə qədər pul xərclənib? Binanın tikintisində iştirak ediblər? Bizi şantaj etməklə məşğuldurlar. Yenə deyirəm, tikintinin gecikməsinə səbəb maliyyə problemidir”.
O, mənzillərin təkrar ikinci adama satılmasını isə ümumiyyətlə təkzib etdi. (etatist.com)

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın