Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yasamal rəhbərliyinə daha bir iddia – O da başçı olmaq istəyir

Yasamal rəhbərliyinə daha bir iddia – O da başçı olmaq istəyir

Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev xeyli vaxtdır vəzifəsindən azad edilsə də, onun kreslosu boş qalmaqda davam edir.
Son vaxtlar mətbuatda xeyli şəxsin adı icra başçısı olmağa namizəd kimi hallanır. Namizəd siyahısına metropolitenin keçmiş rəisi Tağı Əhmədovun, Mingəçevir şəhər icra hakimiyyəti başçısı Niyazı Bayramovun ( gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu ) daxildir.
NUH.az-a daxil olan məlumata görə, Yasamal rayonunun icra icra başçısı olmağa namizədlər siyahısına son günlər məşhur sənətkar Zeynab Xanlarovanın oğlu Ramin Babayevin də adı əlavə olunub.
Məlumat üçün bildirək ki, Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib.
2012-ci il 14 noyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın