Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Yas dəbdəbəsi niyə qayıtdı? – Açıqlama

Yas dəbdəbəsi niyə qayıtdı? – Açıqlama

Telekanallar çal-çağıra ayrıdıqları vaxtdan yarım saatını bu məsələyə ayırsa, daha effektli nəticə əldə etmək olar.

Bu sözləri Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli dəbdəbəli yas mərasimlərinin keçirilməsi ilə bağlı məsələni şərh edərkən deyib.

Deputatın sözlərinə görə, qadağalarla israfçılığın qarsısını almaq mümkün deyil:

“Ümumiyyətlə, təcrübə də göstərir ki, adətlərlə bağlı qadağa heç bir effekt verməyəcək. Milli adət-ənənəmizdən qaynaqlanan bu cür halları qadağalarla aradan götürmək olmaz. Məşhur ifadə var, “nəyi yaymaq istəyirsənsə, onu qadağan elə”.

Bu sahədə geniş təbliğat aparılmalıdır. Telekanallar çal-çağıra ayrıdıqları vaxtdan yarım saatını bu məsələyə ayırsa, daha effektli olar. Birinci, məsələnin kökünə baxmaq lazımdır ki, bu, haradan qaynaqlanıb. Ölkədə imkanlı şəxslərin dəbdəbəli yas mərasim keçirməsi ənənə halını aldı və bu getdikcə daha geniş yayılmağa başlayıb. İndi də israfçılığın qarşısını almaq üçün həmin təbəqə örnək olmalıdır. Prezident İlham Əliyev də dəfələrlə məmurları nümunə olmağa çağırıb və özü hər zaman bir nümunə nümayiş etdirib. İndi də birinci məmurlar, imkanlı şəxslər israfçılığa yol verməməlidir ki, insanlar bunu görsün və dəbdəbəli yas mərasımləri keçirməsin”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə ANS-ə açıqlamasında dəfələrlə əhaliyə bu barədə xəbərdarlıq edildiyini, lakin heç kimin buna əhəmiyyət vermədiyini deyib:

“Bu gün də əvvəlki kimi hamı yas mərasimi keçirəndə qənddən, meyvədən, şokoladdan tutmuş müxtəlif növ qidaları qədər, süfrəyə hər nemət qoyur. Amma bilmirlər ki, islamda belə bir qanun yoxdur. Heç bir peyğəmbər, imam öləndən sonra onlara görə belə süfrələr açılmayıb. Çünki dində ehsan süfrə açmaq deyil, yaxşılıq etmək deməkdir”.

Komitə sədri onu da əlavə edib ki, bəzi rayonlarda yas mərasimlərinə ciddi nəzarət olunsa da, heç bir irəliləyiş əldə olunmayıb.

“Yas mərasimi keçirilən yerlərdən yemək qazanları götürüldü ki, yemək bişirməsinlər, amma onda da hamı narazılıq etdi ki, bu, düz deyil. Daha sonra isə bəzi insanlar “bu, qanun çərçivəsinə salınsın” dedi. Amma biz adət-ənənəni qanunlaşdıra bilmərik. Sadəcə, təbliğat vasitəsilə insanları başa salmalıyıq ki, yasda israfçılıq etmək olmaz”, – deyə Mübariz Qurbanlı vurğulayıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın