Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Siyasət / Yardımlıda tarixin müxtəlif dövrlərinə aid arxeoloji nümunələr təhlükədədir – SOS

Yardımlıda tarixin müxtəlif dövrlərinə aid arxeoloji nümunələr təhlükədədir – SOS

Yardımlı rayonunun Alar kəndinin bir qrup sakini AMEA Arxeologiya və Etnoqrafiya institutunun direktoru Maisə xanım Rəhimovaya müraciət ünvanlayıb. Azinforum.az həmin müraciətin mətnini təqdim edir:

“Hörmətli Maisə xanım, son illərdə kəndimizdə tarixin müxtəlif dövrlərinə aid arxeoloji nümunələrin təsadüflər zamanı tapılması halları çoxalıb. Onlardan bir qismini özümüzdə saxlayırıq. Kəndimizin ərazisində olan “Qız qalası”, qarşısındakı nəhəng mağara, nəhəng daş heykəllər, qalanın qarşısındakı sal daş üzərində olan dairəvi oyuqlar bizi çox maraqlandırır. Həmin tarixi obyektlər açıq havada yerləşir.

Adları çəkilən obyektlərin yox olma təhlükəsi səbəbindən Sizə müraciət etməyi zəruri hesab etdik. Odur ki, müraciətimizi nəzərə alıb əraziyə baxış keçirmək üçün mütəxəssis göndərməyinizi xahiş edirik. Bizə elə gəlir ki, burada arxeoloji tədqiqat, qazıntı işləri aparmaq üçün uzun müddətli ekpedisiyaya ehtiyac vardır.

Odur ki, məsələyə ətraflı aydınlıq gətirmək üçün mütəxəssis göndərməyinizi xahiş edirik.

Əvvəlcədən sizə təşəkkürümüzü bildiririk.

İmzalar: Əliyev Məlik B. oğlu, Tarverdiyev Tarverdi Y. oğlu, Şahverənov Nəsir, Şahverənov Xanmirzə, Tapdıqov Ədalət, Rəhmanov Ramiz, Kəlbiyev Yusif Y. oğlu, Tarverdiyev Etiqat, Əliyev Zamiq, Rüstəmov Ayaz, Canıyev Mustafa, Möhsümov S, Balaşov V. Teyyubov S, Həsənov Xəlil, Novruzov Meybulla, Almirzə Şahverənov, Valid Hüsynzadə, Turan Əbülhəsənov, Nüsrətov Q, Əliyev Ələsgər, Tapdıqov Elməddin və başqaları”.

Azinforum.az

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın