Cümə , Fevral 3 2023
Ana səhifə / Siyasət / Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.

“Unikal”ın əldə etdiyi məlumata görə, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.

Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.

Həmçinin oxuyun

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlib

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək …