Ana səhifə / Siyasət / Yaqub Eyyubov: “Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir”

Yaqub Eyyubov: “Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir”

Ukrayna Baş nazirinin müavini – Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin renteqrasiya məsələləri üzrə naziri Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tərəflər regional təhlükəsizlik, qarşılıqlı faydalı layihələrdə birgə iştirak və digər geniş mövzuları müzakirə ediblər.

Y.Eyyubov Ukraynaya Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyinə görə təşəkkür edib. O bildirib ki, rəsmi Bakının da Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

O.Reznikov isə Ukrayna-Rusiya sərhədləri yaxınlığında rus qoşunlarının artmasından danışıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ortaq öhdəliklərin olduğunu təsdiqləyiblər.

Həmçinin oxuyun

İRƏVAN TÜRK CÜMHURİYYƏTİNİN ELAN OLUNMASINDAN 1 İL ÖTDÜ

Bu gün İRƏVAN TÜRK CÜMHURİYYƏTİNİN (İTC) birinci ildönümüdür. İTC-nin mühacirətdə elan olunmasına baxmayaraq iki əsrə …