Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Siyasət / “YAP üzvü kimi son olaylardan xəcalət çəkirəm”

“YAP üzvü kimi son olaylardan xəcalət çəkirəm”

“Yeni Azerbaycan Partiyasının yaradıcılarından, 1999-cu ildən Siyasi Şuranın üzvü kimi son olaylardan xəcalət çəkirəm. Neçə vaxtır yazıram ki, YAP-da islahatlar olmalıdır, çox təəssüflər olsun ki, bu baş vermədi”.

Bunu keçmiş deputat Musa Musayev deyib. O, bildirib ki, YAP-ın Siyasi Şurası təcili toplantı keçirib partiyanın üzvü olub həbs edilən icra hakimiyyəti başçılarına, onların müavinlərinə, rayon təşkilatının sədrlərinə, diger vəzifəli şəxslərə və eyni zamanda son olaylarda baş verən hadisələrə qiymət verilməli, cəza tədbirləri görülməlidir:

“Çünki bu utancgətirici və partiyamızın adına, nüfuzuna xələl gətirən hadisələrdə YAP-ın rəhbər orqanlarında – İdarə Heyətində, Siyasi Şurasında, Nezaret Təftiş Komissyasında təmsil olunan şexsler var. YAP-ın Nizamnaməsində və Proqramında gösterilir ki, partiyanın idarə edici orqanı Siyasi Şuradır, İcra katibliyi yalnız Partiyanın Mərkəzi aparatına rehbərlik edir. 

Eyni zamanda, YAP-ın Siyasi Şurası ildə iki dəfəden az olmayaraq toplantı keçirməlidir.  İcra katibliyi YAP-ın Nizamnamə və Proqramını pozaraq bütün məsələlərə müdaxilə edir və qanunazidd qərarlar qəbul edir. Bu qətiyyen düzgün olmayan, Partiyamızın Nizamnamə və Proqramına hörmətsizlik kimi qiymətləndirilməlidir. 

Partiyamıza qara niyyətle gələnlər, öz şəxsi mənafeyini Partiyamızın və Dövlətimizin menafeyinden üstün tutanlar, mənəm – mənimlik iddiası ilə yaşayanlar ciddi cəzalanmalı və YAP-ın sıralarından uzaqlaşdırılmalıdırlar! 

Ulu Öndərdən bizə yadigar qalan YAP-da satqınlara, xəyanətkarlara, əqidəsizlərə, yaltaqlara, mövqesizlərə yer olmamalıdır! Cinyət və Xəyanət olan yerdə cəza tədbiri olmazsa, onda vətəndaşlarda Partiyamıza qarşı inamsızlıq ola bilər .

Yaxın günlərdə YAP-da bütün rəhbər qurumlarda islahatlar olmalıdır, buna ciddi ehtiyac var”.

Həmçinin oxuyun

“Əli İnsanov Lüksemburqda batan milyonlarını dirildir” – Mirkazım Seyidov

Tanınmış ictimai-siyasi xadim, “Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, …