Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.
Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabr ayından partiyanın Bakı şəhəri üzrə təşkilatlatlarının sədrləri öz vəzifələrinin icrasına başlayıblar. Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim olunub.
Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrləri təyin olunub:
Hüseynov Ramiz Ağəli oğlu – YAP Sumqayıt şəhər təşkilatıƏliyev Abbas İslam oğlu – YAP Abşeron rayon təşkilatıQuliyev Ayaz Sərvər oğlu – YAP Xızı rayon təşkilatıAbdullayev Füzuli Tahir oğlu – YAP Ağsu rayon təşkilatıMuradov Zaur Fazil oğlu – YAP İsmayıllı rayon təşkilatıQasımov Qasım Nurməhəmməd oğlu – YAP Qobustan rayon təşkilatıQasımlı Tural Şahnəzər oğlu – YAP Şamaxı rayon təşkilatıOrucov Ramil Mayıl oğlu – YAP Gəncə şəhər təşkilatıHeydərov Rövlan Nəsib oğlu – YAP Naftalan şəhər təşkilatıYolçuyev Meydanəli Binəli oğlu – YAP Daşkəsən rayon təşkilatıİsmayılov Elçin Şəmil oğlu – YAP Goranboy rayon təşkilatıİsayev Vüqar Sabir oğlu – YAP Göygöl rayon təşkilatıBayramov Gündüz Çankay oğlu – YAP Samux rayon təşkilatıƏhmədov Rövşən Nağı oğlu – YAP Ağcabədi rayon təşkilatıQuliyev Mansur Söhbət oğlu – YAP Ağdam rayon təşkilatıŞadlinskaya Faqət Nəcəb qızı – YAP Bərdə rayon təşkilatıHəşimova Almaz Ələkbər qızı – YAP Füzuli rayon təşkilatıƏliyev Vahid Surxay oğlu – YAP Xocalı rayon təşkilatıHüseynov Vüsal Cavay oğlu – YAP Xocavənd rayon təşkilatıƏliyev Təvəkkül Böyükkişi oğlu – YAP Şuşa rayon təşkilatıƏsədov Eldar Garay oğlu – YAP Tərtər rayon təşkilatıHacıyev Etibar Cəfər oğlu – YAP Ağstafa rayon təşkilatıNağıyev Rüstəm Vaqif oğlu – YAP Gədəbəy rayon təşkilatıNəbiyev Anar Telman oğlu – YAP Qazax rayon təşkilatıVəliyev Fəxrəddin Vəli oğlu – YAP Şəmkir rayon təşkilatıPənahov Nihad Məmmədtağı oğlu – YAP Tovuz rayon təşkilatıBalaqadaşov Məhəmməd Müslüm oğlu – YAP Xaçmaz rayon təşkilatıNəbizadə Fidan Nizami qızı – YAP Quba rayon təşkilatıİbramxəlilov David Nurəddin oğlu – YAP Qusar rayon təşkilatıBaxşıyev Samir Vadim oğlu – YAP Siyəzən rayon təşkilatıBalabəyov Mehdi Eyyub oğlu – YAP Şabran rayon təşkilatıCəfərov Həbib Zərxan oğlu – YAP Astara rayon təşkilatıMirxaslı Mirsüleyman Mirismayıl oğlu – YAP Cəlilabad rayon təşkilatıMirzəyev Malik Soltanağa oğlu – YAP Lerik rayon təşkilatıƏmənullayev İqbal Qabil oğlu – YAP Lənkəran şəhər təşkilatıƏliyev Seyfəddin Abusət oğlu – YAP Masallı rayon təşkilatıAlışov Anar Xalıq oğlu – YAP Yardımlı rayon təşkilatıYusubov Cavanşir Nəriman oğlu – YAP Mingəçevir şəhər təşkilatıRəcəbov Əlişah Rəcəb oğlu – YAP Ağdaş rayon təşkilatıŞükürov Sahib Yunis oğlu – YAP Göyçay rayon təşkilatıCəbrayılov Ayaz Akif oğlu – YAP Kürdəmir rayon təşkilatıAbdullayeva Şəhla Əhməd qızı – YAP Ucar rayon təşkilatıƏliyev Rafiq Vaqif oğlu – YAP Yevlax rayon təşkilatıƏliyev İlkin Böyükağa oğlu – YAP Zərdab rayon təşkilatıSəfərov Müşfiq Arzuman oğlu – YAP Beyləqan rayon təşkilatıAğayev Səfa Malik oğlu – İmişli rayon təşkilatıŞıxəliyev Lütvəli İbrahim oğlu – YAP Saatlı rayon təşkilatıRüstəmov Varis Rüstəm oğlu – YAP Sabirabad rayon təşkilatıBalayev Azad Rizvan oğlu – YAP Balakən rayon təşkilatıAllahverdiyev Natiq Şükür oğlu – YAP Qax rayon təşkilatıAğasəfov Abil Adil oğlu – YAP Qəbələ rayon təşkilatıMəhərrəmov Saleh Calal oğlu – YAP Oğuz rayon təşkilatıMikayılov Daşqın Gündüz oğlu – YAP Şəki şəhər təşkilatıQurbanov Habil Qurban oğlu – YAP Zaqatala rayon təşkilatıFərzəliyev Arif Aydın oğlu – YAP Cəbrayıl rayon təşkilatıMisirov Həbib Məhərrəm oğlu – YAP Kəlbəcər rayon təşkilatıRüstəmov Təhmasib İbrahimxəlil oğlu – YAP Qubadlı rayon təşkilatıİlyasov İlqar Süleyman oğlu – YAP Laçın rayon təşkilatıQuluzadə Natiq Qurban oğlu – YAP Zəngilan rayon təşkilatıQəhrəmanov Zahir Məmmədyar oğlu – YAP Şirvan şəhər təşkilatıQurbanlı Kamil Məhəmməd oğlu – YAP Biləsuvar rayon təşkilatıƏmirəslanov Elnur Mehman oğlu – YAP Hacıqabul rayon təşkilatıFərzəliyev Ülvi Cəlil oğlu – YAP Neftçala rayon təşkilatıƏhmədov Elmar Ağakişi oğlu – YAP Salyan rayon təşkilatı
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda həmçinin, YAP-ın Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövr ərzindəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlərə işlərində nailiyyətlər arzulayıblar.
Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.
İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışıb və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …