Şənbə , İyul 4 2020
Ana səhifə / Siyasət / “YAP-ın payladığı mənzillərdə yoxlama aparılsın!” – Tələb

“YAP-ın payladığı mənzillərdə yoxlama aparılsın!” – Tələb

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev hakim partiyanın üzvləri üçün tikilən binalarla bağlı araşdırma aparılmasını təklif edib. 

Musa Musayev bildirib ki, mənzillərin kimlərə hansı şərtlərlə verilməsinə aydınlıq gətirilməlidir: 

“Son günlərin ən çox müzakirə olunan mövzularından biri də jurnalistlərə tikilən evlərin paylanılmasında baş verən qanunsuzluqlardır. Mən də çox istərdim ki, YAP əməkdaşları üçün tikilən yaşayış binasındakı evlərin və qeyri-yaşayış sahəsinin kimlərə və hansı şərtlər daxilində verilməsinə aydınlıq gətirilsin. 

Məndə olan məlumata görə, orada da bir neçə mənzil alanlar var. Eyni zamanda YAP-ın Siyasi Şurasının üzvü kimi bizim bu tikintidən məlumatımızın olmaması, kənar şəxslərə mənzillərin verilməsi nə dərəcədə qanunauyğundur? 

Deyilənlərə görə, Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub. YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır. 

YAP-ın Mərkəzi Aparatının və rayon təşkilatlarının maliyyəsi də araşdırılmalıdır ki, toplanan vəsaitlər hara və nəcə xərclənir? Bu günə qədər bir dəfə də olsun YAP-ın Nəzarət Təftiş Komissiyası maliyyə hesabatı verməyib. Bu YAP-ın Nizamnaməsinin və Proqramının pozulması deməkdir”.

Həmçinin oxuyun

Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Bu gün Prezident Adminstrasiyasında “Siyasi Partiyalar və Qanunverici Hakimiyyəti ilə əlaqələr şöbəsi”nin müdiri Ədalət Vəliyev …