Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / “YAP-ın namizədlərinin kifayət qədər üstünlüyü var” – Siyavuş Novruzov

“YAP-ın namizədlərinin kifayət qədər üstünlüyü var” – Siyavuş Novruzov

“Yeni Azərbaycan Partiyasından (YAP) 123 nəfərin namizədliyi qeydə alınıb. Yanvarın 17-dən isə təbliğat-təşviqat kampaniyasına start verilib”.

Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, kampaniyada partiya üzvləri iştirak edirlər.”Hər bir yerdə hər bir namizəd üçün bərabər şərait yaradılıb, qapalı və açıq yerlər müəyyənləşdirilib. Orada görüşlər keçirilir, biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk ki, partiya tərəfindən aparılan siyasət birbaşa insanlara çatdırılsın. Partiyanın, dövlətin, Prezidentin apardığı siyasət birbaşa insanlara çatdırılır. YAP-ın namizədlərinin bu baxımdan kifayət qədər üstünlüyü var. Hesab edirik ki, bu mərhələni uğurla başa çatdıracağıq”, – deyə S.Novruzov qeyd edib. Azvision.az

Həmçinin oxuyun

“Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” – Ziyafət Əsəgərov

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı …