Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / YAP Gülər Əhmədovanın deputat seçildiyi dairəsindən yeni namizəd irəli sürüb

YAP Gülər Əhmədovanın deputat seçildiyi dairəsindən yeni namizəd irəli sürüb

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2012-ci ildə deputat mandatından imtina edən Gülər Əhmədovanın seçildiyi 34 saylı Xətai ikinci seçki dairəsindən yeni namizəd irəli sürüb.

“Report”un məlumatına görə, YAP-ın bu ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə bu dairədən namizədi Calal İbrahimov olacaq.

C.İbrahimov 2010-cu ildə keçirilən parlament seçkisində 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

Qeyd edək ki, Gülər Əhmədova 1965-ci il avqust ayının 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.

1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi olub.

G.Əhmədova Milli Məclisin II-IV çağırış deputatı olub.

2012-ci ilin sentyabrın 28-də Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Milli Məclis rəhbərliyinə müraciət edib və onun mandatı ləğv edilib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın