Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / YAP fəalından söyüş söyən müxalifətçilərə sərt sözlər – “…qarşınızda bizi görəcəksiz!”

YAP fəalından söyüş söyən müxalifətçilərə sərt sözlər – “…qarşınızda bizi görəcəksiz!”

YAP fəalı Ramin Əhmədov facebookda təhqiramiz fikirlər səsləndirənlərlə bağlı yazı yazıb. Musavat.com onun yazısını təqdim edir:

“Bir qədər sərt yazacam və bunun  konkret səbəbləri var.  Bu gün Azərbaycanın internet məkanındakı azadlıqdan öz çirkin məqsədləri üçün istifadə edən insana bənzər məxluqlara rast gəlinir. Bu sırada olanlar sosial şəbəkələrdə müxtəlif səhifələr açaraq Prezidentimizi, onun ailə üzvlərini və yüksək çinli məmurlarımızı təhqir edirlər. Özü də getdikcə əndazəni tamamilə aşır, daha çox küçə söyüşlərinə, insan heysiyyatına toxunacaq ifadələrə  yer verir, ağır təhqir xarakterində olan karikaturalar yayırlar. Həmin səhifələrin adını çəkməyəcəm, hamı bilir söhbət nədən və kimlərdən gedir.

“Hər bir əməlin qarşılığı var. Söyəcəksənsə, söyüləcəksən!”

Düşünürəm ki, dəqiq müşahidə etmişəm: bu tərbiyəsiz küçə uşaqlarını sanki bir-bir yoxlayıb kompüter qabağında oturdublar. Hamısı eyni dərəcədə şərəfsiz, eyni dərəcədə alçaq, eyni dərəcədə əxlaqsızdırlar. Onları sanki ana doğmayıb, doğmaları, əzizləri, bacıları və arvadları yoxdur. Müqəddəs heç nə tanımırlar. Ana doğubsa da belə, atalarının kim olduğunu bilmirlər. Bilən, tanıyan belə eləməz, öz davranışı ilə ailəsindəki zərif cinsin nümayəndələri barədə ümumxalq təsəvvürü yaratmaz… Hər bir əməlin qarşılığı var. Söyəcəksənsə, söyüləcəksən!

“Prezident dövlətimizin atributlarından biridir. Onu və ailə üzvlərini təhqir etməyə qalxan kim olacaqsa, qarşısında bizi görəcək”

Mən yüksək standartlardan danışmıram. Bu şərəfsiz yığını elementar ailə tərbiyəsindən xəbərsizdir. Onlar namus adına nə varsa, hamısını beş quruş tula payına qurban verəcək qədər gözü ilə görənlərdir! Hə, bax belə. Bu zehniyyət başqa dil bilmir. Onların haqq etdiyi tərz budur. Tərbiyə görməyən, milli-mənəvi dəyərlər xüsusunda hər hansı anlayışı olmayan, böyük-kiçik tanımayan, adət-ənənələrimizi qəbul etməyən, kişiliyin nə demək olduğunu kəsdirməyənlərin əski parçasından fərqli bir özəlliyi ola bilməz. Belə müxalifətçilik olmur! Belə mübarizə aparmazlar. Prezident dövlətimizin atributlarından biridir. Onu və ailə üzvlərini təhqir etməyə qalxan kim olacaqsa, qarşısında bizi görəcək.

“Biz bu dövləti də, xalqı da, Prezidentimizi də qanımızla qorumağa hazırıq!”

Prezidentimizin şərəf və ləyaqəti ürəyində dövlət sevgisi gəzdirən hər bir vətəndaşın şərəf və ləyaqətidir. Mən həmin o səhifələrə adminlik edənlərə səslənirəm: Əmin olun, kimi söyəcəksinizsə, ailənizdəki həmin adamı söyəcəklər! Əzizlərinizi hər gün söydürməkdən bu qədərmi həzz alırsız? Hərəniz bir sıçan deşiyində gizlənib ağzınıza gələni yazırsız. Bir gün mütləq bu əməllərinizə görə cavab verəcəksiz. Siz hər gün cinayət törədir, Azərbaycan qanunvericiliyi ilə qadağan olunmuş davranış nümunələrinə yol verirsiz. Bunun məsuliyyətindən bu gün qaça bilərsiz, amma bu, həmişə belə olmayacaq. Siz dövlətə xəyanət edib, bu ölkəni qarışdırmağa çalışırsız. Qulağınızada sırğa edin: biz bu dövləti də, xalqı da, Prezidentimizi də qanımızla qorumağa hazırıq!”.

 

Həmçinin oxuyun

“Fransa həllin deyil, problemin bir parçasıdır” – Hulusi Akar

Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq tərəfsiz olmalıdır. Bu barədə Türkiyənin Milli Müdafiə naziri …