Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / YAP-dan videosu yayılan Ramiz Göyüşovla bağlı AÇIQLAMA

YAP-dan videosu yayılan Ramiz Göyüşovla bağlı AÇIQLAMA

“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari il iyunun 30-da keçirilmış hesabat konfransında artıq xitam verilib”.

Bunu, Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev deyib.

O bildirib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı, R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.

Həmçinin oxuyun

“Onlar bizim əsəblərimizlə oynamağa çalışır” – Fəzail Ağamalı

“Erməni faşizmi üzərində 44 günlük tarixi qələbəmiz saxta Ermənistan “dövlətinə” ağır və sarsıdıcı zərbə vursa …