Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / YAP-dan deputat olmaq istəyənlər gözləməli olacaq: – “Hələ 20 gün vaxtımız var”

YAP-dan deputat olmaq istəyənlər gözləməli olacaq: – “Hələ 20 gün vaxtımız var”

2020-ci ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Artıq seçkilərə hazırlıq prosesinə start verilib. Parlament seçkilərində 19 siyasi partiyanın qatılacağı təsdiqlənib. Bir çox müstəqil namizədlər də seçkidə iştirak edəcəklərini açıqlayıblar. Mətbuatda YAP siyahısındakı deputatlığa namizədlərlə bağlı fərqli xəbərlər yayılır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə rəsmi olaraq seçkilərdə iştirak edəcək namizədlərin siyahısını hələ açıqlmayıb.

Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev Cebhe.info-ya açıqlamasında siyahını yaxın günlərdə açıqlayacaqlarını deyib:

“Siyahımız yaxın günlərdə ictimaiyyətə bəlli olacaq. Seçki Məcəlləsi bizə imkan verir ki, yanvarın 10-a qədər namizədlərimizi irəli sürək. Hələ 20 günə yaxın vaxtımız var”.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …