Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / YAP-çı deputatdan polkovnikin ailəsinə laqeydliklə bağlı – Sərt açıqlama

YAP-çı deputatdan polkovnikin ailəsinə laqeydliklə bağlı – Sərt açıqlama

YAP-çı millət vəkili Məlahət İbrahimqızı şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin mətbuatda yer alan şikayətinə münasibət bildirib.

Millət vəkili “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Azərbaycanın hər bir vətəndaşı ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda qanından canından keçmiş hər bir şəhidi göz nuru kimi dəyərləndirməlidir:

“Azərbaycan xalqı, xüsusilə də dövlətimiz bu insanlara borcludur. Hər zaman onların ruhu qarşısında baş əyəcəklər. Bu yaxınlarda aprel ayında Azərbaycan xalqı torpaqlarımızın işğalından sonra ilk dəfə qələbə müjdəsinin dadını hiss etdi. Aprel ayında işğal olunmuş torpaqlarımızın qələbə duyğusunu yaşadı. Bu qələbə duyğusunu bizə yaşadan, torpaqlarımızın 2000 hektara qədər sahəsinin azad olunmasında canlarından keçən şəhidlərimizi heç vaxt unutmamalıyıq. Bu şəhidlərimizin bütün Azərbaycan şəhidləri içərisində xüsusi yeri var. Çünki onlar bizə qələbə xəbərini verdilər. Bu gün onlara göstərilən laqeyd münasibəti heç birimiz bağışlamamalıyıq. Üstündən 4 ay keçib, amma mən mətbuatda indi şəhid qardaşımız Raquf Orucovun xanımının hələ də ölüm kağızını ala bilməməsi ilə bağlı şikayətini görürəm. Onun iki azyaşlı uşağı maddi cəhətdən sıxıntı çəkirsə, bizim gözümüzə yuxu getməməlidir, boğazımızdan çörək keçməməlidir. Cənab prezident son çıxışında da bildirdi ki, aprel şəhidlərinin qəhrəmanlıqları dərsliklərə salınmalıdır.

Mən heç inanmaq istəmirəm ki, digər aprel şəhidlərinin ölüm kağızının verilməsi ilə bağlı sıxıntılar ola bilər. Kaş ki olmasın. Kaş ki, təkcə Orucovun belə sıxıntısı olsun. Xanımının belə bir məsələni ictimaiyyətə bildirməsi bizim üçün başucalığı deyil. Biz, xüsusilə də müvafiq qurumlar bu məsələdə həssas olmalıyıq”.

Qeyd edək ki, artıq məsələ ictimailəşdiriləndən sonra həllini tapıb və polkovnikin ailəsinə aylıq 1039 AZN təqaüd təyin edilib.

 

Həmçinin oxuyun

Ermənistan bu yaşlı əsirlərə də sahib çıxmır (FOTO)

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir …

Bir cavab yazın