Şənbə , İyun 19 2021
Ana səhifə / Siyasət / YAP-çı deputatdan “beşinci kolon”çulara sərt cavab

YAP-çı deputatdan “beşinci kolon”çulara sərt cavab

“Aərbaycanda dayanıqlı siyasi-iqtisadi sistem, intellektual əsaslarda formalaşmış siyasi yetkin cəmiyyət və normal ictimai münasibətlər var. Bunlar isə əslində ictimai-siyasi sabitliyi təmin edən mühüm sosial faktorlar olmaqla güclü milli dövləti təyin edir. Ona görə də zaman-zaman  xaricdən ölkəmizə ötürülməyə cəhd edilən dağıdıcı impulslar milli həmrəylik sipərinə dəyərək dağılır”.

Bu barədə deputat Hikmət Babaoğlu xarici və daxili qüvvələrin ölkədə inqilab ssenarilərinin nədən hər dəfə baş tutmadığı barədə “Yeni Müsavat”ın sualına cavabında bildirib.

Hikmət Babaoğlu qeyd etdi ki, hər nə qədər içərimizdəki “beşinci kolon” nümayəndələri və xaricdən idarə olunan radikal müxalifət bu istiqamətdə ciddi nəticəyə nail olmağa çalışsalar da heç bir nəticə əldə edə bilmirlər və bilməyəcəklər: “Vaxtilə Azərbaycanı narıncı, qızılgül və s. rəngli və simvolik inqilabların idxalçı ölkəsinə çevirmək istəyənlər indi də Rusiya Federasiyasında baş verən hadisələrdən özlərinə rol biçməyə, pay almağa çalışırlar. Bunun birinci səbəbi bütün postsovet məkanında olan ”beşinci kolon” nümayəndələrinin eyni mərkəzdən idarə olunmasıdır. Ona görə də bu kolon sinxron olaraq fəallaşır, ya da passivləşir. Bəzi radikal marginallar da paralel olaraq eyni hərəkətləri edirlər. Çünki onların idarə olunması da koordinasiyalı şəkildə həyata keçirilir.

Hansı ölkədə hansı prosesin nə ilə nəticələnəcəyi məsələsinə toxunmadan əminliklə deyə bilərəm ki, Azərbaycanda belə üsullarla radikallar heç nəyə nail ola bilməyəcəklər. Bunun birinci səbəbi Azərbaycan xalqının siyasi yetkinliyi və ümummilli maraqları, milli dövlətimizi qoruya bilmək əzmi ilə bağlıdır. Xalqımız gördü ki, Ukraynada, Gürcüstanda baş verən rəngli inqilablar həmin ölkələrin ərazi bütövlüklərinin pozulması ilə başa çatdı. Qırğızıstan ciddi iqtisadi böhran və dəyişkən siyasi sistemlə qarşılaşdı. Azərbaycan isə rəngli inqilablardan özünü mühafizə edərək milli gücü milli inkişaf istiqamətində səfərbər etməyi bacardı və nəticədə öz ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə imza atdı. Hamımız dərk edirik ki, biz bunun üçün dayanıqlı siyasi sistemimizə, o sistemi qoruyan Azərbaycan xalqının siyasi iradəsinə və xalq-iqtidar birliyinə borcluyuq. Ona görə də bu gün hər hansı marginal qrup, antimilli şura, yaxud beşinci kolon nə həvəsə düşürlərsə-düşsünlər, əsla heç bir şeyə nail ola bilməyəcəklər”.

Həmçinin oxuyun

Ərdoğanın Bakıdakı mətbuat konfransının TAM MƏTNİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə jurnalistlərinin suallarıana cavab verib. Son günlərdə …