Ana səhifə / Siyasət / YAP-çı deputat Yaqublu məsələsi barədə nə deyib?

YAP-çı deputat Yaqublu məsələsi barədə nə deyib?

Müsavat Partiyasının üzvü  Tofiq Yaqublunun azadlığa çıxması üçün yaradılan İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfərovlu bu məsələ barədə deputat Siyavuş Novruzovla danışmayıb.

Bu barədə Yenisabah.az-a hüquq müdafiəçisinin özü bildirib.

“Mən deməmişəm ki, Siyavuş Novruzovla danışmışam. Sadəcə mediada Siyavuş Novruzovun Tofiq Yaqublunun azadlığa çıxmasına tərəfdar olması ilə bağlı fikirlərini oxumuşam. Bu baxımdan, Siyavuş Novruzovun da onun azadlığa çıxmasını istədiyini bildirmişəm”, – deyə Novella Cəfəroğlu əlavə edib.

Bir neçə gün əvvəl Novella Cəfəroğlunun adından Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən Siyavuş Novruzovun Tofiq Yaqublunun azadlığa buraxılmasına tərəfdar olması barədə açıqlama yayılıb. YAP-çı deputat bu gün deyilənləri təkzib edib. O, axar.az-a bildirib ki, Novella Cəfəroğlu ilə bu barədə hər hansı söhbəti olmayıb və deyilənlər həqiqətəuyğun deyil.

Həmçinin oxuyun

General Muradovun göstərişi icra olunmadı – Gərginlik

Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri Qaregin Njdenin büstünün götürülməsi cəhdi baş tutmayıb. Modern.az Ermənistan …