Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Yanğında ölənlərin sayı 7 nəfərə, xəsarət alanlar 21 nəfərə çatdı

Yanğında ölənlərin sayı 7 nəfərə, xəsarət alanlar 21 nəfərə çatdı

Virtualaz.org saytı xəbər verir ki, FHN-in xilasediciləri vertolyotların köməyi ilə yanan binanın damına qalxıblar. Onlar yuxarı mərtəbələrdə sağ qalan sakinləri axtaracaqlar.
FHN xilasediciləri iki operativ qrupa bölünərək axtarışlarla məşğuldur. Onlardan biri aşağı, digəri isə yuxarı mərtəbələrdə axtarış aparır.
Yanğın isə hələ də davam edir. Binanın 8, 9 və 10-cu mərtəbələrindəki yanğını söndürmək hələ də mümkün olmayıb.
Bu arada yanğında ölənlərin sayı da artıb. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına açıqlamasında ölənlərin sayının artıq 7-yə çatdığını deyib.
Onun sözlərinə görə, həmin şəxs Respublika Toksikologiya Mərkəzinə çatdırılan həmin şəxs qatı tüstüdən zəhərlənibmiş. Azyaşlı bir neçə dəqiqə əvvəl xəstəxanada keçinib.
L.Bayramova onu da bildirdi ki, daha 17 nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.
Daha bir nəfər isə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti haqda məlumat yoxdur. Daha 3 nəfər isə Travmatologiya Mərkəzinə yerləşdirilib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın