Dünən Bakıda hündürmərtəbəli binada baş verən yanğın zamanı bir ailənin üzvlərinin hamısı həlak olub.
<p”>Bu barədə telejurnalist Esmira Qasımova bildirib.<p”>
O, qeyd edib ki, yanğın zamanı dünyasını dəyişmiş 16 yaşlı Davudun müəlliməsi bildirib ki, Davud 10-cu sinifdə oxuyurmuş.
<p”>Saytlar onun və 21 yaşlı ali məktəb tələbəsi olan bacısı Ülkərin adının da həlak olanlar siyahısında olduğu barədə məlumat veriblər.<p”>
Sən demə bu, hələ hamısı deyilmiş. Ataları çoxdan rəhmətə gedən bu yeniyetmə və gənc xanım həkim analarının himayəsi altında böyüyüblər.<p”>
Ana həmin gün gecə növbəsindən qayıdıb yatıbmış.<p”>
Həmin günə qədər bir dərsi belə buraxmayan Davud faciə günü qismətdənmi, ya nədənsə məktəbə getməyib. <p”>Davud, anası və 21 yaşlı tələbə bacısı yanğın zamanı həyatlarını itiriblər. <p”>Bütöv bir ailə yox olub.<p”>
Davudun müəlliməsi sonda belə deyib: “Təsəllimizə baxın – nə yaxşı ki, ailədən biri sağ qalmayıb, yoxsa o, bu dərddən param-parça olardı”…
Qeyd edək ki, Şirinova Zülfiyyə Yavər qızı, övladları Eyvazova Ülkər Hamir qızı və Eyvazov Davud Hamir oğlu yanğın zamanı faciəli şəkildə həlak olublar.