Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Yanğın yerində köçkünlər üçün yeni bina tikiləcək” – Əli Həsənov

“Yanğın yerində köçkünlər üçün yeni bina tikiləcək” – Əli Həsənov

Yanğın olan yarımtikilinin yerində yeni bina inşa ediləcək, ailələr isə həmin müddətdə kirayə köçürələcəklər.
Moderator.az xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nizami rayonunda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğınla tanış olan zaman deyib.
Binanın sakinləri ilə görüşən Ə. Həsənov onlara bildirib ki, həmin binanı alan şəxslə danışıqlar aparılacaq: “Yarımtikilinin yerində yeni bina tikilib, 21 ailə yenidən köçürüləcək. Həmin müddətdə burada yaşayan ailələr kirayə mənzillərlə təmin olunacaqlar. Bu məsələ diqqətimizdədir. “.
Sakinlər isə ümidlərini yeni tikiləcək binaya bağladıqlarını qeyd ediblər : “İndi ümidimiz onadır. Gecə baş verən yanğında 3 ev tamam kül olub. Bir çöp də çıxara bilmədik…”.

 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın