Ana səhifə / Siyasət / Yanan binanın sakinləri Bilgəhdəki sanatoriyalara getməyib

Yanan binanın sakinləri Bilgəhdəki sanatoriyalara getməyib

“Yanğınla əlaqədar evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək”. Bunu Bakıda yanğın baş verən yaşayış binasının sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. H.Abutalıbov bildirib ki, yanğın səbəbindən evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək: “Evləri tam yanmış bütün sakinlər ayrı-ayrı yerlərdə – 10 xüsusi villa, koteclər, eləcə də sanatoriyalarda müvəqqəti yerləşdiriləcək”.

Əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümov isə deyib ki, ailələr yeməklə və geyimlə təmin olunacaq. Eyni zamanda hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb.
Əməkdaşımız Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki sanatoriyalara yanan binaların sakinlərinin getmədiklərini dəqiqləşdirə bilib. Sabunçu İcra Hakimiyyətinin Bilgəh qəsəbəsi üzrə nümayəndəliyindən də yanmış bina sakinlərinin onlar üçün ayrılan yaşayış yerlərinə gəlmədiklərini deyiblər. Redaksiyamıza daxil olan məlumata görə, yanan binanın sakinləri Binəqədi ərazisində mənzillər kirayələməklə yanğının nəticələrini aradan qaldırılmasını gözləməyə qərar veriblər. Bundan sonra onlar mənzillərinə köçəcəklər.
Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın