Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yanan binanın sakini Prezidentdən kömək istədi – FOTOLAR

Yanan binanın sakini Prezidentdən kömək istədi – FOTOLAR

Mayın 19-da Binəqədi rayonunda yanan binada zərərçəkən sakinlərdən biri – Daşdəmirov Zəmanət Möhübbət oğlu İnterpress.az-a müraciət edərək kompensasiya ödənilməsində üzləşdiyi probləmlərdən danışıb.
Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binanın sakini Zəmanət Daşdəmirovun bildirdiyinə görə, dəhşətli yanğın müvəqqəti yaşadığı 2 otaqlı mənzil ilə yanaşı, bina yaxınlığında yerləşən internet klub – servis mərkəzinə də xətər yetirib. Binadakı dəhşətli yanğın sözügedən mərkəzin içindəki avadanlığı tam yararsız hala salıb.
16 ildir ki, həmin binada yaşayan zərərçəkən qaldığı mənzilin ona aid olmadığını deyib: “Qohumum özümə ev alana kimi kömək məqsədilə həmin binanın 46-cı mənzilində məskunlaşmağıma razılıq vermişdi. Yanğın zamanı həm mənzil, həm də yaxınlıqda yerləşən obyektə ciddi ziyan dəydi. Hazırda ailəmlə bərabər Goradildə Sərhəd Qoşunlarının pansionatına yerləşdirilmişəm. Ancaq obyektlə bağlı dövlət tərəfindən hər hansı yardım göstərilməyib”.
Yeganə qazanc yeri həmin internet klub olduğu üçün maddi baxımdan böyük problemlərlə üzləşdiyini deyən Zəmanət Daşdəmirlinin sözlərinə görə, yanğından 2 ay öncə biznesini inkişaf etdirmək və evinin təmiri üçün “Ekspress” bankdan 10 min manat dəyərində kredit götürüb: “ Əvəzində evi və klubun avadanlıqlarını girov qoydum. Bu günə kimi aylıq ödəmələri borc alaraq verirəm. Bank mənə krediti biznesimin gəlirlərini nəzərə alaraq vermişdi. Mən aylıq gəlirimi hesablayıb, belə bir yükün altına girmişdim. Ayda banka 525 manat ödəməliyəm, artıq 3 aya yaxındır ki, işsiz qalmışam, heç bir yerdən əlavə köməyim yoxdur. Bununla bağlı ölkə Prezidentinə və yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının bütün üzvlərinə müraciət etmişəm. İki aydan çox vaxt keçsə də, müraciətlərim nəticəsiz qalıb. Məsul şəxslər kömək etmək əvəzinə məsuliyyəti başqa qurumların üzərinə atırlar. Baş Prokurorluqda zərərçəkən kimi tanınmışam. Baş Prokurorluğa verilən izahatda biznesimə və obyektimə dəyən ziyan 15 min manat dəyərində qiymətləndirilib. Obyektin damı, qapıları, kommunikasiya xətləri yanaraq tam yararsız hala düşüb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşmüşəm. İlk görüşdə Hacıbala Abutalıbov yanğından ziyan çəkən hər bir kəsə yardım ediləcəyini, heç kəsin narazı qalmayacağına söz vermişdi. Deyirdi ki, yanan qeyri-yaşayış obyekt və maşın sahibləri ilə ayrılıqda gün təyin edib görüşəcək. Amma indiyədək belə görüş keçirilməyib”.
Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov avqustun 15-də , qeyri-yaşayış obyekt sahibləri ilə görüş zamanı da məsələ gündəmə gətirilib: “Görüşdə Abid Şərifov bildirdi ki, Prezidentin yanan bina ilə bağlı müvafiq sərəncamında yanan qeyri-yaşayış obyektləri ilə bağlı hər hansı müddəa nəzərdə tutulmadığına görə heç bir yardım edilməyəcək. Biz zərərçəkənləri qane edən cavab verilmədiyi üçün Abid Şərifovdan Prezidentin sərəncamının icra olunmasını xahiş etdik. Çünki sözügedən sərəncamda ümumilikdə zərərçəkən ifadəsi qeyd olunub. Sərəncamda vurğulanır ki, baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyan hesablansın. Mənim əmlakıma da yanğın nəticəsində ziyan dəyib. Biz Abid müəllimdən bunun araşdırılmasını xahiş etdik. Ancaq Abid Şərifov bizimlə hədə tonunda danışdı. Dedi ki, sənədlərinizi gətirin görək necə fəaliyyət göstərmisiniz. Bizim fəaliyyətimiz tam qanuni olub. İndiki halda bizim zərərçəkən kimi Prezdentə müraciətdən başqa çıxış yolumuz qalmır”.
Yanan binanın sakini Prezidentdən kömək istədi - FOTO
Yanan binanın sakini Prezidentdən kömək istədi - FOTO
Yanan binanın sakini Prezidentdən kömək istədi - FOTO
Yanan binanın sakini Prezidentdən kömək istədi - FOTO

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın