Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Yanan binanın içindən son görüntülər… – FOTOLAR

Yanan binanın içindən son görüntülər… – FOTOLAR

Yanan binanın sakinləri iri yük maşınları ilə əşyalarını daşımaqda davam edirlər.
Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bəzi sakinlər isə binadan oğurluq olunduğunu iddia edirlər. Bundan əlavə zərərçəkənlər bir-bir polis idarəsinə gedərək, yanğında itirilən əşyalarının siyahısını verir və dəyən ümumi ziyan qiymətləndirilir.
Sakinlərdən biri deyir ki, onun mənzilinə dəyən ziyan təxminən 30 min manat məbləğində dəyərləndirilib. Lakin real ziyan daha böyükdür.
Zərərçəkənlər deyirlər ki, mənzildə tək-tük əşyalar salamat çıxarılıb. Yanğın zamanı mənzillərdə olan ev heyvanları da həlak olublar.
Fotolardan da göründüyü kimi, bina yaşanmaz vəziyyətdədir. Əksər əşyalar istinin təsiri ilə əriyib. Bütün mənzillərdə elektrik avadanlıqları tamamilə sıradan çıxıb.
Jurnalistlər binanın içindəki vəziyyəti işıqlandırmağa çalışsalar da, onlara içəri daxil olmağa icazə verilmir. Binanın içindən fotolar sakinlərin yardımı ilə əldə edilir.
İcra nümayəndələri və polis hadisə yerində nəzarəti davam etdirir. Yaxınlıqdakı ictimai-iaşə obyektləri, mağazalar qapadılıb. Ərazi tamamilə polis nəzarətindədir.













Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın