Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Yəqin prokurorluq İntiqam Əliyevin qayğısına qalıb”

“Yəqin prokurorluq İntiqam Əliyevin qayğısına qalıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkilləri müdafiə nitqi ilə çıxış etdilər. Onlar ittihamların qanunsuz və əsassız olduğunu bildirdilər.

Vəkil Şəhla Hümbətova bu fikrini sübut edən faktları məhkəmənin nəzərinə çatdırdı.

“İş materillarında həkim rəyi var. Həmin rəydə İntiqam Əliyevin həyat tərzini dəyişməsinin vacib olduğu bildirilir. İntiqam Əliyev buna əməl eləmədi. Görünür, prokurorluq İntiqam Əliyevin qayğısına qalıb onun həyat tərzini dəyişdi” – bunu isə digər vəkil Cavad Cavadlı dedi.

Başqa vəkil Fəxrəddin Mehdiyev isə İ.Əliyevin hüquq müdafiəçiliyi sahəsində gördüyü işlərdən danışdı və hakimləri hökm çıxararkən məsuliyyəti yaddan çıxarmamağa çağırdı.

Sabah İ.Əliyev məhkəmədə son söz deyəcək.

İttihama görə, Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib işləyən Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına 119 min manat pul köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf isə bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyir.

İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamları qəbul etmir.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın